Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>“An-12” yanacaq çatışmazlığı səbəbindən sərt eniş etdi: </font>3 nəfər ölüb, 2 nəfər isə itkin düşüb<font color=red> - VİDEO</font></b>

12:12 - 4 Oktyabr 2019 tarixində dərc olunub.

Ukraynada An-12 təyyarəsi yanacaq çatışmazlığı səbəbindən “Lvov” beynəlxalq aeroportu  yaxınlığında qəza enişi edib. Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə Viqo (İspaniya) – Lvov marşrutu ilə hərəkət edib, təyyarədə 8 nəfər olub. Onlardan 3-ü dünyasını dəyişib, 2 nəfərin isə taleyi barədə hələ ki, məlumat yoxdur.

Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub. Araşdırmalar aparılır.

 

Namiq Musayev

 

 

Müəllif: