Ucnoqta.az
www.ucnoqta.az

<b>Metroda qadınlar arasında baş verən dava ilə bağlı ARAŞDIRMA aparılır<font color=red> - VİDEO</font></b>

19:23 - 3 Oktyabr 2019 tarixində dərc olunub.

Bakı metrosunda qadınlar arasında baş vermiş insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı şikayət daxil olmayıb: "Bu kadrların köhnə, ya da təzə olması hələlik məlum deyil və hadisə ilə bağlı heç bir müraciət daxil omayıb. Hazırda metro polisi yayılmış video ilə bağlı araşdırmalar aparır".

 

Müəllif: