Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>“Boeing B-17G” qəzaya uğradı: </font>7 ölü, 7 yaralı<font color=red> - VİDEO</font></b>

15:31 - 3 Oktyabr 2019 tarixində dərc olunub.

ABŞ-da ikinci Dünya müharibəsindən qalma bombardmançı “Boeing B-17G” təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb daha 7 isə xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, insident ötən gün səhər saatlarında Konnektikut ştatının Hartford şəhərində qeydə alınıb. Bu barədə “WTIC-TV” telekanalı məlumat yayıb.

Məlumata görə, içində 11 sərnişinin və 3 ekipaj üzvünün olduğu təyyarə manevr zamanı mühərriklərinin birində nasazlıq baş verib. Bundan sonra ekipaj üzvləri “Bradley” beynəlxalq aeroportuna eniş edən vaxt içərisində buzlanma əleyhinə maye olan anqara düşüb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

Müəllif: