Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Sərnişin avtobusu dayanacağa çırpıldı: </font>3 ölü, çox sayda yaralı<font color=red> - VİDEO</font></b>

16:12 - 30 Sentyabr 2019 tarixində dərc olunub.

Ankarada sərnişinin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə bu gün saat 14.00 radələrində Mamakta rayonunda qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusunun sürücüsü hərəkətdə olarkən naməlum səbəblərdən sükan idarəetməsini itirərək sərnişin dayanacağına çırpılıb. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə çox sayda polis, səhiyyə və xilasetmə briqadaları gəlib.

Polisin ilkin məlumatına görə, dayanacaqda gözləyən 3 sərnişin dünyasını dəyişib, bir çoxu da xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

Müəllif: