Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Qar yağdı, 171 yol qəzası baş verdi: </font>13 nəfər xəsarət alıb<font color=red> - VİDEO</font></b>

12:11 - 30 Sentyabr 2019 tarixində dərc olunub.

Kanadanın Alberta əyalətində güclü qarın yağması səbəbindən baş vermiş 171 yol nəqliyyat-hadisəsi nəticəsində 13 nəfər xəsarət alıb.

Ucnoqta.az “CBC”yə istinadən xəbər verir ki, qəzalardan biri kütləvi olub – eyni anda 16 avtomobil toqquşub.

Bildirilir ki, yerli hava limanlarında onlarla reys təxirə salınıb. Müvafiq dövlət orqanları avtomobil sahiblərindən isə səfərlərdən imtina etməyi çağırırlar.

Sinoptiklərin verdiyi hava proqnozuna görə, Alberta əyalətində yerləşən Kalqaridə sentyabrın 30-da günorta saatlarına qədər 25 santimetrə yaxın qar düşməsi gözlənilir.

 

Namiq Musayev

 

 

Müəllif: