Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Yasdan qayıdanları gətirən avtobus aşdı:</font> 7 ölü, 29 yaralı<font color=red> - VİDEO</font></b>

12:17 - 4 May 2019 tarixində dərc olunub.

Türkiyədə yasdan qayıdanları gətirən avtobus qəzaya uğrayıb.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Dəlicə ərazisində qeydə alınıb. Tokat vilayəti, Rəşadiyə rayonun Güvənlik qəsəbəsindən yasdan qaydan insanları gətirən avtobus, sürücüsünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 7 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə çoxlu sayda səhiyyə, xilasetmə və polis briqadaları gəliblər. Yaralılar təcili tibbi yadım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

Müəllif: