Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Yarış avtomobili tamaşaçılara çırpıldı: </font>3 ağır olmaqla 5 yaralı<font color=red> – VİDEO</font></b>

10:00 - 14 Aprel 2019 tarixində dərc olunub.

İsveçin Rimba şəhərində keçirilən yarış zamanı avtomobillərdən biri yoldan çıxaraq tamaşaçılara çırpılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə “Aftonbladet” portalı məlumat yayıb.

“İki nəfər orta-ağır, 3 nəfər isə ağır yaralanıb. Onlardan biri vertalyotla xəstəxanaya aparılıb” -  Stokholm Karinu Skaqerlind polisi mətbuat xidmətindən bildirilib.

“Sveriges Radio” qeyd edib ki, sürücü özü insident nəticəsində xəsarət almayıb.

 

Namiq

 

Müəllif: