Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki gəzinti gəmisi toqquşdu: </font>3-ü ağır, 18 yaralı<font color=red> - VİDEO</font></b>

16:51 - 6 Aprel 2019 tarixində dərc olunub.

Belçikada Şelda çayında iki gəzinti gəmisi toqquşub. Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Bu barədə ölkənin Dəniz və Sahil Agentliyindən məlumat yayıb. Hadisə yerinə gələn xilasedicilər yaralıları sudan çıxarıblar. Onlardan 3 nəfəri ağır xəsarətlər alıb. Yerli mətbuatın xəbərinə görə, qəza itkisiz ötüşüb, ona görə ki, bütün sərnişinlərdə xilasedici jiletlər olub.

Polis qəza ilə bağlı hadisə yerində işlər aparır.

 

Namiq

 

Müəllif: