Ucnoqta.az
www.ucnoqta.az

Futbolçu topdaşıyan uşağı qorxutdu, <font color=red><b>sonra isə ... - Foto + Video</b></font>

10:01 - 23 Fevral 2019 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı çemponatında keçirilən “Əl İttihad” - “Əl Hilal” matçında maraqlı hadisə baş verib.

 “Əl Hilal”ın hücumçusu Bafetimbi Qomis qol vurduqdan sonra ənənəvi “aslan pəncəsi” hərəkəti edib. Bu zaman meydançanın kənarında oturan topdaşıyan uşaq onun hərəkətindən qorxaraq qaçıb. 33 yaşlı futbolçu oyundan sonra həmin uşağın yanına gedərək formasını ona hədiyyə edib və uşağın könlünü alıb.

​Qeyd edək ki, görüş “Əl Hilal”ın 2:0 hesablı qələbəsi ilə bitib./qafqazinfo

Müəllif: