Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna mətbuatı Xoşqədəm Hidayətqızının uğurundan yazdı- <font color=red><b>Video</b></font>

14:32 - 11 Dekabr 2018 tarixində dərc olunub.

Ukrayna mətbuatı "Xəzər TV”-də yayımlanan "Səni axtarıram” verilişinin uğurundan yazıb.

Layihə rəhbəri, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı olan həmin verilişdə əslən Ukraynadan olan Marina adlı bir xanımın doğma oğlunun axtarışının veriliş tərəfindən uğurla həyata keçirildiyi qeyd olunur.
Məqalələrdə bildirilir ki, Marinanın oğlu keçmiş həyat yoldaşı tərəfindən Azərbaycanda saxlanılırmış. Ananın oğlunu keçmiş həyat yoldaşından geri almaq cəhdləri uğurla nəticələnmədiyi səbəbindən, Marina "Səni axtarıram” proqramına müraciət etməyə məcbur olub və nəticədə o, Əlixan adlı oğlunu Xoşqədəm Hidayətqızının köməkliyi və səyi nəticəsində  geri qaytarmağa müvəffəq olub.

Ukraynanın məşhur agentliklərindən olan RBK-da yayımlanan xəbərdə verilişdən fraqment və video da yayımlanıb. azxeber.com

Müəllif: