Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobilin piyadanı vurma anı - <font color=red><b>Video</b></font>

14:00 - 10 Sentyabr 2018 tarixində dərc olunub.

Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Kadrlardan görünür ki, iki nəfər yolu keçmək istəyir. Onlardan biri dayanır, digəri isə yola qaçaraq qəfil taksinin qarşısına çıxır. Zərbənin gücündən gənc oğlan havaya qalxaraq, avtomobilin üstünə çırpılır.

Nəticədə ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: