Ucnoqta.az
www.ucnoqta.az

Kran maşının üzərinə aşdı: sürücü sağ qaldı - <font color=red><b>VİDEO</b></font>

10:53 - 19 Oktyabr 2017 tarixində dərc olunub.

Çinin Çjuxay şəhərində kran avtomobilin üzərinə aşıb. Qəza işıqforda dayanan avtomobil hərəkət etməyə başlayan zaman baş verib. Belə ki, gözlənilmədən kranın hidravlik oxu maşının üzərinə aşıb. Zərbənin gücündə avtomobil yarasız hala düşüb. Bir qədər sonra möcüzəvi şəkildə sağ qalan sürücü maşını ön şüşə yerindən tərk edib. Xəstəxanaya yerləşdirilən sürücünün topuğunun sındığı bildirilir.qafqazinfo

Müəllif: