Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycana ilk qar yağıb<font color=red> - FOTO</font></b>

10:10 - 28 Sentyabr 2017 tarixində dərc olunub.

Azərbaycana ilk qar yağıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib. İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur. Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.

Müəllif: