Ucnoqta.az
www.ucnoqta.az

<b>Oğulun maşınla atasının üstündən keçərək öldürdüyü yerin görüntüləri<font color=red> - VİDEO</font></b>

16:15 - 16 May 2017 tarixində dərc olunub.

Sumqayıtda oğulun avtomobillə atasının üstündən keçdiyi yerin görüntüləri yayılıb. Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib. Faktla əlaqədar cinayət işi başlanılıb.(apatv)

 

Müəllif: Ucnoqta.az