Ucnoqta.az
www.ucnoqta.az

Bakıda şirkət direktoru cərimələndi- <font color=red><b>10000 manat</b></font>

15:01 - 14 İyul 2016 tarixində dərc olunub.

13 iyul 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 
ETSN-dən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin  müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli  şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

Müəllif: Ucnoqta.az