Ucnoqta.az
www.ucnoqta.az

​Prezident Azərbaycanla ABŞ arasında hava nəqliyyatı haqqında Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb

16:45 - 2 İyun 2016 tarixində dərc olunub.

 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Müəllif: Ucnoqta.az