Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.
Ucnoqta.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə tapşırıqlarına əsasən "Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
2025-2026-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 min 550 nəfə məzun olur. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri oğlandır.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində XI sinfi 37 222, XII sinfi isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla, ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun olacaq.