Ucnoqta.az
www.ucnoqta.az

Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişir

19:11 - 10 İyun 2026 tarixində dərc olunub.

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir.

Bu barədə ADY-dən məlumat verilib.

Dəyişikliyə əsasən, qatar Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.

Müəllif: Ucnoqta.az redaksiyası