Ucnoqta.az
www.ucnoqta.az

Dünya Çempionatı Meksika - Cənubi Afrika matçı ilə başlayacaq

11:12 - 10 İyun 2026 tarixində dərc olunub.

2026-cı il FİFA Dünya Kubokunun açılış matçı A qrupunda ev sahibi Meksika və Cənubi Afrika arasında "Mexiko Siti" Stadionunda Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq.

Ucnoqta.az xəbər verir ki, 2026-cı il FİFA Dünya Kubokunun açılış matçından əvvəl müxtəlif tədbirlər keçiriləcək.

Əvvəlcə konsertlər keçiriləcək. Dünya Kubokunun rəsmi mahnısı "Dai Dai"ni ifa edəcək Şakira və Burna Boy ilə yanaşı, açılış mərasimində Alexandro Fernandez, Belinda, Danni Okean, J Balvin, Lila Douns, Los Angeles Azules, Mana və Tyla kimi dünya musiqisi əfsanələri də iştirak edəcəklər.

Tarixdə ilk dəfə olaraq turnirdə 48 komanda iştirak edəcək və "Mexiko Siti Stadionu" açılış matçına üçüncü dəfə ev sahibliyi etməklə tarixə düşəcək.

Turnir altı həftəlik həyəcandan sonra 19 iyul bazar günü Nyu-Yorkdakı 82.500 nəfərlik "Nyu-Cersi Stadionu"nda keçiriləcək final matçı ilə başa çatacaq.

Müəllif: Ucnoqta.az redaksiyası