Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Qəzzaya 60 milyard dollar ayırmayacaq

12:11 - 22 Dekabr 2025 tarixində dərc olunub.

Vaşinqton Qəzza zolağının infrastrukturunun yenidən qurulması planının həyata keçirilməsi üçün büdcədən 60 milyard dollar qrant və kredit zəmanəti verməyi planlaşdırmır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin X sosial media platformasında verdiyi açıqlamada bildirilib.

Açıqlamada bildirilir ki, bu, saxta xəbərdir. Lakin Dövlət Departamenti Fələstin anklavının yenidən qurulması planının mövcudluğunu inkar etmir.

Müəllif: Ucnoqta.az redaksiyası