Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda qadın dəm qazından boğuldu

10:20 - 22 Dekabr 2025 tarixində dərc olunub.

Göyçayda qadın dəm qazından boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə dekabrın 21- də baş verib. Rayon sakini Lalə Mirzəliyeva evin həyətyanı sahəsində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası