Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev və Paşinyan MDB sammitində iştirak edəcəklər - Peskov

12:25 - 21 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan qeyri-rəsmi MDB sammitində iştirak edəcəklər.

Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Görüşlər baş tutacaq, çünki təbii ki, Putin bu iki gün ərzində hər kəslə fərdi şəkildə danışacaq. Bu, mütləq olacaq", - deyə o, TASS-ın sualına cavab olaraq bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası