Milli Azadlıq Ordusunun üsyançılarının Kolumbiyanın şimalındakı hərbi bazaya hücumu nəticəsində ən azı dörd əsgər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin 2-ci Diviziyası məlumat verib.
Məlumata görə, 18 dekabrda 14-cü Piyada Batalyonuna məxsus və Sezar Departamentinin El Juncal şəhərində yerləşən 27-ci Hərbi Bazada partlayıcı qurğulardan istifadə edərək terror hücumu həyata keçirilib. İlkin məlumata görə, dörd əsgər həlak olub.
Kolumbiya Silahlı Qüvvələrinin komandanı admiral Fransisko Kubides hücuma görə ELN-nin məsuliyyət daşıdığını bildirib.
Hökumətin məlumatına görə, hücumda 32 əsgər yaralanıb.