Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda 91 yaşlı kişinin meyiti tapıldı

17:00 - 18 Dekabr 2025 tarixində dərc olunub.

İsmayıllıda evdən meyit tapılıb.

Hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Kənd sakini 91 yaşlı Yunis Əli oğlu Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası