Çin-Yaponiya birgə müəssisəsi GAC Honda yarımkeçirici şirkəti Nexperia ilə təchizat problemləri səbəbindən 29-31 dekabr tarixlərində avtomobil istehsalını dayandıracaq.
Ucnoqta.az bildirir ki, bu barədə Yicai məlumat verib.
Lakin, nəşrin məlumatına görə, iki ölkənin birgə müəssisəsi olan Dongfeng Honda fəaliyyətini adi qaydada davam etdirəcək.
"Honda"nın Yaponiyadakı zavodları da 2026-cı il yanvarın 5-dən 6-dək dayandırılacaq və istehsal həcmləri yanvarın 7-dən 9-dək azaldılacaq.