Ucnoqta.az
www.ucnoqta.az

ABŞ sərhədi tarixinin ən təhlükəsiz sərhədidir - Tramp

08:07 - 18 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində prezidentliyinin ikinci müddətinin 11 ayında ABŞ sərhədinin əvvəlkindən daha təhlükəsiz hala gəldiyini bildirdi.

Ucnoqta.az xəbər verir ki, Tramp xalqa müraciəti zamanı deyib.

"Biz dünyanın ən pis sərhədini miras aldıq və onu tez bir zamanda ölkəmizin tarixində ən möhkəm sərhədə çevirdik", - deyə Tramp vurğuladı.

O, son yeddi ay ərzində ABŞ-a bir dənə də olsun qanunsuz immiqrant qəbul edilmədiyini, bunun əvvəllər qeyri-mümkün adlandırıldığını bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası