Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”ın oyununun hakimləri müəyyənləşdi

18:52 - 17 Dekabr 2025 tarixində dərc olunub.

Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah”–“Qarabağ” matçının təyinatları müəyyənləşib.

Peşəkar Futbol Liqasından Ucnoqta.az-a bildirilib ki, qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vüqar Həsənli yerinə yetirəcək.

VAR-da Tural Qurbanov, AVAR-da isə Asiman Əzizli olacaq.

Matç dekabrın 18-də “Bank Respublika Arena”da saat 19:30-da başlayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası