Ucnoqta.az
www.ucnoqta.az

Bakıda azyaşlının mədəsindən mismar çıxdı - Foto

14:50 - 17 Dekabr 2025 tarixində dərc olunub.

Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, azyaşlı oğlanın valideyinləri övladının səhhətində yaranan narahatlıqla bağlı Xəzər Tibb Mərkəzinin poliklinika şöbəsinə müraciət edib.

Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu müəyyən edilib.

Həkim-qastroenteroloq Gülnar Ağayeva tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.

Müəllif: Ucnoqta.az redaksiyası