Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan Korrupsiyaya Qarşı Mübarizə Bürosunu ləğv edir

14:29 - 17 Dekabr 2025 tarixində dərc olunub.

Gürcüstan Parlamenti üçüncü və son oxunuşda Avropa Birliyinin tövsiyəsi ilə 2022-ci ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosunu ləğv edən qanun qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı qərar qanunverici orqanda qəbul edilib.

Parlamentin 77 üzvü qanunun lehinə səs verib. Qanun imzalanmaq üçün Gürcüstan Prezidentinə göndərilib. Mixeil Kavelaşvili tərəfindən imzalandıqdan sonra Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2 mart 2026-cı ildə fəaliyyətini dayandıracaq.

Büronun funksiyaları Dövlət Audit Xidmətinə veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası