Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın dəm qazından boğuldu

12:06 - 17 Dekabr 2025 tarixində dərc olunub.

Bakıda 31 yaşlı qadın dəm qazından boğulub.

Ucnoqta.az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası