Ucnoqta.az
www.ucnoqta.az

"Biz toy eləməmişik, başqa məclis idi"

11:38 - 16 Dekabr 2025 tarixində dərc olunub.

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi ilə bağlı bəzi detallar məlum olub.

Ucnoqta.az "Teleqraf"a istinadən xəbər verir ki, 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxıb. Qızın anası Elnarə Ələsgərovanın sözlərinə görə, onun məktəbdən çıxmasına səbəb maddi sıxıntı səbəbindən təhsil ala bilməməsidir.

Ananın sözlərinə görə, həmin gün toy mərasimi yox, "hə" mərasimi keçirilib: "Kafelərdən birində kiçik bir şənlik məclisi qurulub. Övladımı oxuda bilməmişəm, buna imkanımız olmadı".

Məlumat üçün qeyd edək ki, bu E.Ələsgərovanın ikinci dəfə ailə həyatı qurub.

Məhkəmənin qərarı bir ay müddətinə inzibati qaydada həbs edilən şəxs isə 1992-ci il təvəllüdlü bəyin - Firdovsi Abbasovun atası Fizuli Abbasovdur.

Müəllif: Ucnoqta.az redaksiyası