Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq öldü

16:13 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Ağdamda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndi ərazisində baş verib.

Kənd sakini 2016-cı il təvəllüdlü H. Baxşəliyevin velosipeddən yıxılaraq öldüyü bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası