Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin general rütbəsi verdiyi şəxs bu icra başçısının oğludur

15:09 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Seymur Taleh oğlu Qaraşova general-mayor ali hərbi rütbəsi verilib. 

Ucnoqta.az xəbər verir  ki, Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin daxili təhlükəsizlik Baş idarəsinin rəisidir. 

O, 2021-ci ilin noyabr ayından FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəisi olub və hazırda FHN-nin daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.///Qaynarinfo

Müəllif: Ucnoqta.az redaksiyası