Ucnoqta.az
www.ucnoqta.az

14 avtomat, 1 pulemyot, ...

10:57 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, dekabrın 13-də və 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı aşkar edilib.

Qeyd edilib ki, iki gün ərzində həmçinin 1 pulemyot, 3 tapança, 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası