Ucnoqta.az
www.ucnoqta.az

Tailandla sərhəd münaqişəsində ölən kambocalıların sayı açıqlanıb

09:41 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Bu ayın əvvəlindən bəri şiddətlənən Kamboca və Tailand arasındakı sərhəd münaqişəsi 12 kambocalının ölümünə, 74 nəfərin yaralanmasına və 400.000-dən çox insanın məcburi köçkün düşməsinə səbəb olub.

Ucnoqta.az bildirir ki, bu barədə Kambocanın informasiya naziri Neth Pheaktra, Khmer Times qəzetinə istinadən məlumat verib.

Tailand ordusu Kambocaya hücumlarda qırıcı təyyarələr də daxil olmaqla ağır silahlardan, eləcə də kaset bombalarından istifadə edib. 

O əlavə edib ki, 14 dekabr axşamı etibarilə Tayland ordusunun silahlı təcavüzündən qaçaraq 120.814 ailə (403.601 nəfər) qaçqın olmağa məcbur olub.

Müəllif: Ucnoqta.az redaksiyası