Ucnoqta.az
www.ucnoqta.az

Rejissor və həyat yoldaşı evlərində ölü tapıldılar

09:35 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Los-Ancelesdə (Kaliforniya) amerikalı rejissor və aktyor Rob Reynerin evində tapılan iki cəsəd rejissor və həyat yoldaşına məxsusdur.

Ucnoqta.az bildirir ki, bu barədə yerli NBC News filialı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Reyner və həyat yoldaşı 14 dekabrda saat 15:30 radələrində malikanələrində bıçaq yaraları ilə tapılıblar.

"People" jurnalı mənbələrə istinadən iddia edir ki, Reyner və həyat yoldaşı oğulları Nik tərəfindən qətlə yetirilib. 2016-cı ildə jurnala verdiyi müsahibədə rejissorun oğlu yeniyetməlik yaşlarından bəri narkotik asılılığından əziyyət çəkdiyini, lakin jurnal Nikin xəstəliyi ilə cinayət arasında heç bir aydın əlaqə tapmadığını bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası