Ucnoqta.az
www.ucnoqta.az

NASA MAVEN kosmik gəmisi ilə əlaqəni itirib

08:10 - 11 Dekabr 2025 tarixində dərc olunub.

Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) Mars orbitində MAVEN kosmik gəmisi ilə əlaqəni itirib.

Ucnoqta.az xəbər verir ki, NASA bu barədə mətbuat açıqlamasında bildirib.

Məlumata görə, 6 dekabrda Mars orbitində hərəkət edən NASA-nın MAVEN kosmik gəmisi Yer kürəsindəki yerüstü stansiyalarla əlaqəni itirib.

MAVEN-dən alınan telemetriya məlumatları Qırmızı Planetin arxasından keçməzdən əvvəl onun alt sistemlərinin normal işləməsini göstərib.

"Kosmik gəmi planetin ətrafında dövr etdikdən sonra NASA-nın Dərin Kosmik Şəbəkəsi heç bir siqnal aşkar etməyib", - deyə açıqlamada bildirilir.

MAVEN operatorları problemi araşdırır və həll yolları axtarırlar.

MAVEN 2013-cü ilin noyabr ayında buraxılıb və 2014-cü ilin sentyabrında Mars orbitinə daxil olub. Missiyanın məqsədi planetin yuxarı atmosferini, ionosferini və Günəş və günəş küləyi ilə qarşılıqlı təsirini araşdırmaqdır.///tass

Müəllif: Ucnoqta.az redaksiyası