Ucnoqta.az
www.ucnoqta.az

Trampdan 12 milyard dollarlıq maliyyə yardımı

00:17 - 9 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ prezident administrasiyası Amerika fermerlərinə 12 milyard dollarlıq maliyyə yardımı göstərəcək.

Ucnoqqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu açıqlayıb.

O qeyd etdi ki, hökumət beləliklə, digər ölkələrə tarif tətbiq etməkdən əldə etdiyi vəsaitin kiçik bir hissəsindən istifadə edir.

Prezident Ağ Evdə kənd təsərrüfatı sənayesi nümayəndələri ilə görüşdə bildirib ki, biz bu vəsaitdən Amerika fermerlərinə 12 milyard dollarlıq iqtisadi yardım göstərmək üçün istifadə edəcəyik.

Tramp həmçinin qeyd edib ki, Çin və Yaponiya da daxil olmaqla bir neçə başqa ölkə ABŞ kənd təsərrüfatı məhsullarının alışını artırmaq barədə razılığa gəlib.

Müəllif: Ucnoqta.az redaksiyası