Ucnoqta.az
www.ucnoqta.az

Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət edib - FOTO

22:22 - 8 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya lideri Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.

Ucnoqta.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoyub.

Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.

Müəllif: Ucnoqta.az redaksiyası