Ucnoqta.az
www.ucnoqta.az

Bakının bu hissəsində qaz olmayacaq

20:43 - 8 Dekabr 2025 tarixində dərc olunub.

Nərimanov rayonunda yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 09.12.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Xətai prospektinin, T.Şıxəliyev, N.Quliyev və Ə.Dəmirçizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası