Türkiyənin aşağı büdcəli aviaşirkəti "Pegasus Airlines" "Czech Airlines" və onun törəmə şirkəti "Smartwings"i 154 milyon avroya satın alacaq.
Ucnoqta.az xəbər verir ki, Türkiyə şirkəti müqaviləni elan edərək hər iki brendi saxlamağı planlaşdırdığını qeyd edib.
Açıqlamada bildirilir ki, donanmanı 14 təyyarədən 127-yə qədər artıraraq dünyanın ən səmərəli və gəlirli aviaşirkətlərindən birinə çevrilib. İndi donanması 47 təyyarədən ibarət olan "Czech Airlines" və "Smartwings" ilə birləşərək böyümə hekayəmizdə yeni bir fəsil açırıq.
Müqavilə Çexiya daşıyıcılarının debitor borclarının ödənilməsini əhatə edir. Alış zəruri hüquqi təsdiqlərin alınması və transfer şərtlərinin yerinə yetirilməsindən sonra başa çatacaq.