Ucnoqta.az
www.ucnoqta.az

Paytaxtda moped oğrusu saxlanılıb

11:50 - 8 Dekabr 2025 tarixində dərc olunub.

Bakıda moped oğurlayan yeniyetmələr saxlanılıb.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, Binəqədi rayonunda bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlanıb.

Keçirilən əməliyyat nəticəsində mopedi oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası