Ucnoqta.az
www.ucnoqta.az

Tailand Hərbi Hava Qüvvələri silah saxlanılan kazinoya zərbə endirib

11:43 - 8 Dekabr 2025 tarixində dərc olunub.

Tayland Hərbi Hava Qüvvələri ağır silahlar və dronların saxlanılması üçün istifadə edildiyi iddia edilən Kambocadakı bir kazinoya zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Taylandın PBS televiziya kanalı məlumat verib.

Kamboca Tailandın F-16 təyyarələrinin onun ərazisinə zərbə endirdiyini iddia edib.
Mənbənin məlumatına görə, F-16 təyyarələri Tailand sərhədinə yaxın ərazilərdə Kamboca qüvvələrinin atəşinə cavab olaraq hərbi infrastruktur obyektinə zərbə endirib.

Müəllif: Ucnoqta.az redaksiyası