Ucnoqta.az
www.ucnoqta.az

Bir ailənin 4 üzvü pomidor turşusundan zəhərləndi

11:02 - 8 Dekabr 2025 tarixində dərc olunub.

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası