Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 7 aylıq körpə qızdırmadan öldü

08:42 - 8 Dekabr 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib. Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.///report

Müəllif: Ucnoqta.az redaksiyası