Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Ukraynaya dəstək üçün 800 milyon dollar ayıracaq

07:14 - 8 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ Müdafiə Nazirliyinin büdcə layihəsində 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün hər biri 400 milyon dollar ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bu, Konqresin bu həftə səsverməyə başlayacağı dərc olunmuş sənəddə bildirilir.

Sənəddə deyilir ki, 2026-cı maliyyə ili üçün - 400 milyon dollar. 2027-ci maliyyə ili üçün - 400 milyon dollar ayrılsın. 

Bundan əlavə, qanun layihəsi Pentaqon rəhbərini Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması və ya ləğvi barədə Nümayəndələr Palatasına və Senata hesabat verməyə məcbur edir.

Müəllif: Ucnoqta.az redaksiyası