Yaxınlaşan "Super qasırğa Raqasa" ilə əlaqədar olaraq, Honq Konq Beynəlxalq Hava Limanı aviaşirkətlərə növbəti xəbərdarlığa qədər oraya uçmamaq üçün güclü tövsiyə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hava limanının hava hərəkətinə nəzarət xidməti məlumat verib.
Qeyd edilib ki, bu məsləhət bütün hava məkanı istifadəçilərinə çatdırılıb və sentyabrın 24-ü, UTC vaxtı ilə saat 5:40-dək qüvvədə olacağı gözlənilir.