Ucnoqta.az
www.ucnoqta.az

BMT Qəzzada öz şəxsi heyətini belə qoruya bilmədi - Ərdoğan

20:08 - 23 Sentyabr 2025 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında baş verən hadisələri gündəmə gətirdiyi üçün BMT-nin baş katibi Antonio Quterreşə təşəkkür edib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, lakin o, qeyd edib ki, dünya təşkilatı oradakı öz əməkdaşlarını belə qoruya bilmir.

"İsrail Qəzzaya girişi qadağan edib, lakin hələ də soyqırımı gizlədə bilmir. Hər fürsətdə Fələstin torpaqlarında davam edən soyqırıma diqqət çəkən BMT-nin baş katibini dəstəkləyirəm. Onu cəsarətinə görə təbrik edirəm.

Lakin təəssüf ki, BMT hətta Qəzzadakı öz əməkdaşlarını qoruya bilmədi. Qəzzada insanlara kömək etməyə tələsən 500 nəfər həlak olub, onlardan 326-sı BMT-nin əməkdaşlarıdır”, - Türkiyə lideri bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası