Ucnoqta.az
www.ucnoqta.az

Qubada ayılar kəndə hücum etdi

10:49 - 23 Sentyabr 2025 tarixində dərc olunub.

Qubanın Xanagah və Səbətlər kəndləri ayıların hücumuna məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, gecə saatlarında ayılar təsərrüfatlara hücum ediblər. Ayılar Səbətlər kəndində 2 baş iribuynuzlu mal-qaranı parçalayıblar.

Xanagah kəndində də bir baş iribunuzlu heyvanı parçalayıb, bir neçəsinə xəsarət yetiriblər.

Müəllif: Ucnoqta.az redaksiyası