Ucnoqta.az
www.ucnoqta.az

Xaçmaz Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlandı

16:31 - 22 Sentyabr 2025 tarixində dərc olunub.

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.

 Hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən E.Mirzəyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///APA

Müəllif: Ucnoqta.az redaksiyası